Argentina millisinin hücumçusu Lionel Messi DÇ-2022-nin qrup mərhələsi çərçivəsində Polşa ilə matçda meydana çıxıb.
35 yaşlı forvard 22-ci dünya çempionatında çıxış edir ki, bu da Argentina rekordudur.
Bu göstəriciyə görə Messi mundialda 21 matç keçirən Dieqo Maradonanı keçib.
Qeyd edək ki, hər iki futbolçunun mundialda Argentina millisinin heyətində 8 qolu var. Bu göstəriciyə görə yığmanın sabiq hücumçusu Qabriel Batistuta (10 qol) liderdir.
Mənbə: sport-express.ru