Prezident Administrasiyasının yüksək vəzifəli əməkdaşı vəzifəsindən azad olunub.
Manset.az-ın əldə etdiyi məlumata görə, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Ərazi-Təşkilat Məsələləri şöbəsinin məsul əməkdaşı Arif Novruzov müvafiq əmrlə tutduğu vəzifəsindən azad edilib.
O, açıqlamasında məlumatı təsdiq edib: "Bəli, vəzifəmdən azad olunmuşam. Hələki başqa vəzifəyə təyin edilməmişəm."
Qeyd edək ki, Arif Novruzov bir neçə rayon icra hakimiyyətlərinin( Ağdaş, Göygöl, Goranboy, Tərtər və.s) kuratoru vəzifəsində çalışıb.