Accor Azərbaycanda ilk Mövenpick-i açacaq

 29-11-2022

2023-cü ilin yazında məşhur otelin rebrendinqi nəticəsində 212 otaqlı Mövenpick Winter Park Baku açılacaq

Dünyanın aparıcı otellər qrupu olan Accor, Capital İnvest MMC ilə əməkdaşlıq müqaviləsi imzalamaqla Azərbaycanda premium otel açacaq. Müqavilə paytaxtın mərkəzində yerləşən məşhur Winter Park Hotel Baku-nun yenilənməsi və rebrendinqini nəzərdə tutur. Mövenpick Winter Park Baku qonaqlara yüksək xidmət standartları, sağlamlıq, qastronomiya və ailəvi əyləncə, həmçinin ALL - Accor Live Limitless loyallıq proqramı vasitəsilə əlavə üstünlüklər təklif edəcək.

“Biz Azərbaycanda yeni layihənin imzalandığını elan etməkdən qürur duyuruq. O, artıq Accor tərəfindən təqdim olunan brendlərə əla əlavə olacaq və şübhəsiz ki, son bir ildə Bakıda sayı xeyli artmış turistlərin və işgüzar səyahətçilərin sevgisini qazanacaq. Əminəm ki, biz etibarlı tərəfdaşlarla birlikdə yeni Mövenpick Winter Park Baku-da ən müasir beynəlxalq standartlara uyğun yüksək keyfiyyətli xidmət və istirahət təşkil edəcəyik. Biz əldə etdiyimiz nailiyyətlərlə kifayətlənməyi planlaşdırmırıq və Transqafqaz regionunda portfelimizi inkişaf etdirməyə davam edəcəyik”, - Accor New East Europe-un baş direktoru Aleksis Delaroff bildirib.

Mövenpick Winter Park Baku Qış Parkının Mirzə Ağa Əliyev küçəsində, Fəvvarələr Meydanı kimi tanınan mərkəzi Nizami (Torqovaya) küçəsinə piyada məsafədə yerləşən Winter Park Hotel Baku-nun təmiri və rebrendinqi nəticəsində açılacaq. əksər biznes mərkəzlərinə və ticarət şəhər mərkəzlərinə yaxın, həmçinin Bakının İçərişəhərini əhatə edən Bakı qalasına yaxındır.

Yeni premium-klass mehmanxanada standartdan suitlərə qədər müxtəlif kateqoriyalı 212 otaqda yerləşmə təklif olunacaq. Qonaqlara spa, fitness mərkəzi və iki restoran təqdim olunacaq. Həmçinin, otelin infrastrukturuna konfrans otaqları və tədbirlər üçün yerlər daxildir.

Otelin əlverişli yerləşməsi sayəsində Mövenpick Winter Park Baku-nun qonaqları qədim tikililərin, məscidlərin və digər attraksionların olduğu İçərişəhərin tarixi məhəlləsinə cəmi 20 dəqiqəyə çata bilərlər. Bakının ən böyük məscidi Təzəpir oteldən maşınla 10 dəqiqəlik məsafədədir. Otelin qonaqları həmçinin məşhur Dağüstü Parkı gəzə və Bakı buxtasının, tarixi məhəllənin və Flame Towers kompleksinin valehedici mənzərələrindən həzz ala biləcəklər.

Mövenpick Winter Park Baku-nun 2023-cü ilin yazında istifadəyə verilməsi planlaşdırılır.

Bənzər yazılar

0.85602188110352