Portuqaliya Futbol Federasiyası dünya çempionatında Uruqvayın qapısından keçirilən birinci qolun məhz Kriştianu Ronaldu tərəfindən vurulması barədə FIFA-ya sübutlar təqdim edib.
Qeyd olunur ki, bu qolun müəllifliyi ilə bağlı yekun qərarı FIFA-nın texniki komissiyası verəcək.
Ulduz futbolçu isə oyundan sonra verdiyi açıqlamada bildirib ki, qolun müəllifi özüdür.
“Top mənə toxundu”, - hücumçu matçdan sonra meydanı tərk edərkən bildirib.
Qeyd edək ki, Portuqaliya oyunu 2:0 hesablı qələbə ilə bitirib. Birinci qol epizodunda Ronaldu topa başı ilə zərbə vurmağa çalışıb. Əvvəlcə qolun müəllifi Ronaldu göstərilsə də, sonradan FIFA qolu Fernandeşin adına yazıb.
Mənbə: El Chiringuito TV