Xəlil Göyüşovun «Körpü-Bina-Tikinti» MMC-si 8 milyon manatlıq tenderin qalibi olub

 29-11-2022

Tikilməkdə Olan Melıorasiya Və İrriqasiya Obyektlərinin Birləşmiş Müdiriyyəti “Xətai Rayonu,2 Saylı Zığ Zeytunçuluq Soxvozunun Ərazisində Yerləşən 86,44 Ha Bağ Sahəsinin Suvarma Suyu İlə Təminatı”-Nı Layihələndirib - Tikinti İşlərinin Satın Alınması” və  “Abşeron Rayonunun Ərazisi Üzrə Qala Qəsəbəsi 3 Nömrəli Qala Zeytunçuluq Sovxozu, Türkan Üzümçülük Sovxozu, Hovsan Zeytunçuluq Sovxozu Və Abşeron Quşçuluq Sovxozunun Ərazılərı Olmuş 500,44 Ha Sahənın Suvarma Suyu İlə Təmınatı”- Nı Layihələndirib - Tikinti İşlərinin Satın Alınması” tenderlərinin nəticələrini açıqlayıb.

FED.az xəbər verir ki, hər iki tenderin qalibi “Körpü-Bina -Tikinti” MMC olub. Şirkətlə birinci tender üzrə 5 milyon 900 min 113 manat, ikinci tender üzrə 2 milyon 100 min 022 manat dəyərində müqavilə imzalanıb. Bağlanmış müqavilələrin ümumi dəyəri 8 milyon  135 manat təşkil edir.

Qeyd edək ki, şirkət qurumun bundan əvvəl daha 8 iri məbləğli tenderinin qalibi olub. 

«Körpü-Bina-Tikinti» MMC-nin sədri Xəlil Göyüşov olduğu deyilir.

Bir müdət öncə isə media da «Körpü-Bina-Tikinti» MMC-nin sədri Xəlil Göyüşovun milyonlarla dəyəri olan mülklərinin satışa çıxarması barədə məlumatlar yayılmışdı.

Bənzər yazılar

0.46267294883728