Fransada yaşayan azərbaycanlı tədqiqatçılar Ağdamda OLUBLAR

 28-11-2022

Təbriz əsilli və hazırda Fransada yaşayan azərbaycanlı tədqiqatçıların (İran azərbaycanlılarının insan hüquqları müdafiəçilərinin) Ermənistanın işğalından azad olunmuş Ağdam şəhərinə səfəri başlayıb.

“Report”un Qarabağ bürosunun məlumatına görə, tədqiqatçılar ermənilərin Ağdamda törətdikləri vəhşiliklərlə tanış olublar.

Eləcə də qonaqlar şəhər işğaldan azad olunandan sonra Azərbaycan dövlətinin həyata keçirdiyi tikinti-quruculuq işləri və Ağdam rayonu ərazisində ANAMA tərəfindən aparılan minatəmizləmə işləri barədə məlumatlandırılıb.

Təbriz əsilli və hazırda Fransada yaşayan azərbaycanlı tədqiqatçılar, İran azərbaycanlılarının insan hüquqları müdafiəçiləri – “Ərk” İnsan Haqları Komitəsinin sədri Jalə Təbrizli və yazıçı, tədqiqatçı, jurnalist Maşallah Rəzmi Ağdam şəhərində olublar.

Onlara işğal dövründə ermənilərin Ağdamda törətdiyi vəhşiliklər barədə məlumat verilib.

Qonaqlar Pənahəli xanın İmarət Kompleksini, Ağdam Mədəniyyət Evini, Cümə məscidini və Ağdam Şəhidlər xiyabanını ziyarət ediblər.

Onlar burada ermənilərin vandallığına məruz qalmış tarixi abidələr barədə, eləcə də rayonda həyata keçirilən bərpa-quruculuq işləri barədə məlumatlandırılıblar.

Güneyli hüquq müdafiəçiləri həmçinin ermənilərin şəhərdəki məzarlıqda törətdikləri vandallıq aktının şahidi olublar.

Qeyd edək ki, Fransada yaşayan azərbaycanlı tədqiqatçılar sabah Şuşa və Füzuli rayonlarında olacaqlar.

Bənzər yazılar

0.49316787719727