Sığorta sahəsində aparıcı şirkətlərdən olan “Azsığorta” ASC növbəti dəfə məhkəməyə verilib.
Qaynarinfo.az xəbər verir ki, bu dəfə iddiaçı “FBCO” MMC-dir. İddia Bakı Kommersiya Məhkəməsinin hakimi Zaur Pirverdiyevin icraatındadır. Dekbarın 19-na iş üzrə məhkəmə hazırlıq iclası təyin edilib.
İşin mahiyyəti barədə açıq mənbələrdə məlumat yoxdur. Bəzi iddialara görə, məhkəmə çəkişməsinin səbəbi “Azsığorta” ASC-nin “FBCO” MMC ilə bağlı öhdəliklərinin yerinə yetirməməsi ilə bağlıdır.
“Azsığorta” ASC 2006-cı ildə dövlət qeydiyyatına alınıb. ASC-nin nizamnamə kapitalı 20 300 000 AZN, qanuni təmsilçisi Soltanov Yusif Rəhim oğludur.
“Azsığorta” ASC-nin qeyri-rəsmi sahibi isə fövqəladə hallar naziri Kəmaləddin Heydərovdur. ASC-nin səhmlərinin 100 faizi İsmayılov Hikmət Abuzər oğluna məxsusdur. Hikmət İsmayılov isə Kəmaləddin Heydərovun bacanağıdır. O, eyni zamanda “AFB Bank”ın səhmlərinin 99 faizinə sahibidir.
Bundan əvvəl “Azsığorta” ASC-ni “Diglas” Ticarət Mərkəzinin direktor müavini Araz Rəhimov məhkəməyə vermişdi.