DÇ-2022: Niderland - Ekvador matçında qalib müəyyənləşmədi

 25-11-2022

Qətərdə keçirilən dünya çempionatında A qrupunun II turunda Niderlandla Ekvador qarşılaşıb.

Milletinsesi.info xəbər verir ki, qarşılaşma 1:1 hesablı bərabərliklə bitib. 

Qətərdə keçirilən dünya çempionatında A qrupunun II turunda Niderlandla Ekvador qarşılaşır.

Saat 20:00-da start götürən oyunda hesab açılmayıb. 

Azarkeşlər oyunda erkən qola şahidlik ediblər. 

Belə ki, qarşılaşmanın 6-cı dəqiqəsində Qakpo Niderlandı hesabda önə çıxarıb. 

Qarşılaşmada ilk hissə başa çatıb. 

İlk 45 dəqiqəni Niderland öndə bitirib - 1:0.

Qarşılaşmada ikinci qol vurulub. 

Matçın 49-cu dəqiqəsində Ekvadorun hücumçusu Ener Valensiya hesabı bərabərləşdirib - 1:1.

Qətərdə keçirilən dünya çempionatında A qrupunun II turunda üz-üzə gələcək Niderland və Ekvador yığmalarının start heyətləri açıqlanıb.

Milletinsesi.info-ın məlumatına görə, komandalar meydana aşağıdakı "11-lik"lərlə çıxacaq:

Niderland: Andris Noppert, Denzel Dümfris, Vircil van Deyk (k), Natan Ake, Deyli Blind, Frenki De Yong, Kodi Qakpo, Devi Klassen, Stiven Berqveyn, Yurrien Timber, Tön Kopmeyners

Ekvador: Ernan Qalindes, Feliks Torres, Pyero İnkapye, Pervis Estupinyan, Anxelo Presiado, Qonsalo Plata, Ceqson Mendes, Moyses Kaysedo, Mikael Estrada, Enner Valensiya (k), Cekson Poroso

Bənzər yazılar

0.14203500747681