Ağcabədidə avtomobil yolu keçmək istəyən piyadanı VURARAQ ÖLDÜRÜB

 25-11-2022

Ağcabədidə avtomobil yolu keçmək istəyən piyadanı vuraraq öldürüb.

“Report”un xəbərinə görə, ötən gün saat 18 radələrində rayonun Kəhrizli kənd sakini Əliyev Mürşüd Əfqan oğlu idarə etdiyi VAZ-2106 markalı avtomobillə Şərəfxanlı kəndinin ərazisində yolu keçmək istəyən piyada Əliyev Asim İldırım oğlunu vurub.

Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı cinayət işi başlanılıb.

Bənzər yazılar

0.1626148223877