Milyonların həyatını “pozub”, milyonlar qazanan “Azərlotereya” - Bu sahədə kimin sözü qanunlardan daha yüksəkdə dayanır?

 12-04-2022

Son zamanlar Azərbaycanın hər yerində “poz qazan” lotoreyalarının istifadəçilərinə rast gəlmək olur. Bakı da daxil olmaqla, ölkənin bütün ictimai yerlərində kiçik qutuların ətrafında xeyli sayda insanların toplaşdığının və hər gün belə lotoreya satış mərkəzlərinin çoxaldığının şahidi oluruq. Ölkədə lotoreya satışını rəsmi olaraq həyata keçirən qurum "Azərlotereya" Açıq Səhmdar Cəmiyyətidir.

"Azərlotereya" Açıq Səhmdar Cəmiyyəti (ASC) Prezidentin 23 noyabr 2001-ci il tarixli, 599 saylı fərmanına əsasən, Azərbaycan Respublikasında lotereya fəaliyyətini təkmilləşdirmək, vətəndaşların hüquqları və qanunu mənafelərinin qorunmasını ardıcıl təmin etmək, lotereyanın keçirilməsindən dövlət büdcəsinə daxil olmaların artırılmasına və lotereya fəaliyyəti sahəsində dövlət nəzarətini daha da gücləndimək məqsədi ilə yaradılıb.

21 ildir ki, yalnız bu qurum ölkə ərazisində uduşlu lotoreya oyunları təşkil edir. Digər növ ani və həvəsləndirici lotoreyaların keçirilməsinə isə Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi lisenziya verirdi. 2016-cı ilin fevral ayının 3-də isə dövlət başçısının sərəncamı ilə Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi, Maliyyə Nazirliyinin Dövlət Sığorta Nəzarəti Xidməti və Mərkəzi Bankı yanında Maliyyə Monitorinqi Xidməti ləğv edildi, əvəzində isə Maliyyə Bazarlarına Nəzarət Palatası yaradıldı.

pozqazan

Lakin "Azərlotereya" müstəqil olaraq qapalı səhmdar cəmiyyət kimi fəaliyyət göstərməkdə davam etdi. Lotoreya bazarı demək olar ki, bir qurumun nəzarətindədir. Və çox maraqlıdır ki, bir neçə ildir "Azərlotereya"nı əslən türkiyəli olan vətəndaşlar həyata keçirirlər.

"Azərlotereya"nın İdarə Heyətinin sədri - Zafer Reisoğlu, Maliyyə üzrə Baş rəhbər - Osman Karakuş, Əməliyyatlar üzrə Baş rəhbər - Salih Tüfekçidir. Lakin qurumun satış işlərinə baxan şəxs, marketinq üzrə Baş rəhbər - Sənan Orucov, onun müşaviri isə - Mikayıl Nəcəfovdur.

Milyonlarla manatın dövr etdiyi "Azərlotereya"da nə baş verir? Günlərdir “Hurriyyət” olaraq apardığımız araşdırmalar zamanı qaranlıq maliyyə məqamlarına, lotoreya satışlarında iştirak edən tərəfdaş diller şirkətlər haqqında məlumat almağa çalışdıq. Hazırda ölkə üzrə lotoreya bazarında gizli və çox ilginç maliyyə yeyintilərinə dair iddialar yer almaqdadır. Hələlik "Azərlotereya"nın rəsmi tərəfdaşı olan dilerlərin siyahısına diqqət edək.

“Azərpoçt” MMC

Ünvan: Üzeyir Hacıbəyli küç, 72,

AZ 1000, Bakı Azərbaycan

Telefon Mərkəzi: 169

Faks: (012) 493-00-37

Web sayt: www.azerpost.az

*** 

“İntegral Telekom” QSC

Ünvan: Nərimanov rayonu, Əhməd Rəcəbli pr, ev 2

AZ 1052, Bakı Azərbaycan

Telefon Mərkəzi: *9292

Email: info@integral.az

***

“Smart Ticket” MMC

Ünvan: Nəsimi rayonu, Eldar Tağızadə küç., 23

AZ 1007, Bakı Azərbaycan

Web:  www.smartticket.az

Telefon: +99412 441 52 22; +99412 441 92 22; +99412 440 92 22

E-mail: info@smartticket.az

***

“Optimal Elektronika” MMC

Ünvan: Nəsimi rayonu, Azadlıq pr. 120 B

AZ 1007, Bakı Azərbaycan

Telefon Mərkəzi: (+99412) 954

Web sayt: www.optimal.az

Email: info@optimal.az

*** 

BETPRO MMC

Ünvan: Bərdə şəhəri, H. Əliyev pr. 6

AZ 0900, Bərdə Azərbaycan

Telefon: +99450 658 40 00

Email: office@betpro.az

Apardığımız araşdırmalar zamanı ortaya olduqca ilginç məqamlar çıxdı. "Azərlotereya"nın lotoreya biletləri satan əsas tərəfdaşlarından olan “Smart Ticket” MMC çox qısa zamanda müəmmalı olaraq bazara daxil olur və demək olar ki, tez müddətdə bilet satışı bazarında inhisarcıya çevrilir.

Hürriyyət”in araşdırmaları zamanı məlum olub ki, "Azərlotereya"nın bilet satışı üzrə əsas tərəfdaşlarından olan “Lotto Yayım” MMC 2021-ci ilə qədər əsas satış dilleri rolunu oynayıb. Lakin 2021-ci ilin sentyabrında "Azərlotereya" uduşlu biletlər üzrə topdansatış hüququnu gözlənilmədən “Smart Ticket” MMC-yə verib.

Hansı ki, 2021-ci ilin birinci ayından etibarən bağlanmış tender müsabiqəsinin qalibi kimi “Lotto Yayım” MMC bu işi ilin sonuna qədər həyata keçirmək hüququ qazanmışdı. Tender üzrə bağlanmış əqdlərə əsasən, 2022-ci ilin yanvarına qədər digər bir tərəfdaşın topdansatış bazarına daxil olması ciddi şübhələrin yaranmasına əsaslar yaradır.

Hansı ki, “Smart Ticket” MMC 2021-ci ilin sentyabrından 2022-ci ilin yanvarına qədər heç bir tender həyata keçirmədən lotoreya satışına daxil olur və daha çox hegemon rolunu oynamağa başlayır. Maraqlıdır ki, tenderdə iştirak etməyən bu MMC hansı şərtlərlə bazara daxil ola bilib? “Hürriyyət”in apardığı araşdrımalar zamanı ortaya kifayət qədər ilginç məqamlar çıxdı. Məlum oldu ki, kifayət qədər ciddi qanun pozuntusu hesab edilən bu məqamla bağlı olaraq hər hansı bir dövlət qurumu araşdırma aparmayıb.

Bundan başqa, müəmmalı şəkildə 2021-ci ilin doqquzuncu ayından "Azərlotereya"nın əsas tərəfdaşına çevrilən “Smart Ticket” bazara daxil olan kimi topdansatış qiymətlərini də artırıb. Bazarda tək inhisarcı qismində iştirak edən bu MMC pərakəndə satış üçün 1 AZN nəzərdə tutulan uduşlu biletlər üçün topdansatış qiymətlərini 91 qəpikdən 95 qəpiyə qədər artırıb. Bu da çıxılmaz durumda olan pərakəndə satış iştirakçıları üçün ciddi problemlərin yaranmasına və narazılıqlara səbəb olub. Hətta redaksiyamıza daxil olan informasiyaya əsasən, bir çox pərakəndə satış həyata keçirən şəxslər bu sektoru tərk etmək məcburiyyətində qalıblar.

Apardığımız araşdırmalar zamanı məlum oldu ki, “Smart Ticket” MMC-nin rəsmi internet saytı olan www.smartticket.az rəsmi olaraq göstərilsə də, ümumiyyətlə işləmir. Eyni zamanda rəsmi olaraq “Azərlotoreya”nın saytında qeyd edilən +99412 441 52 22; +99412 441 92 22; +99412 440 92 22 telefonlara cavab verən də yoxdur. Bu telefon nömrələri üzrə abonentlər haqqında “Elektron hökumət” bazasında da bütün məlumatlar gizlədilir. Eyni zamanda Vergilər üzrə Dövlət Xidmətinin informasiya bazasında da “Smart Ticket” MMC haqqında heç bir məlumat qeyd edilməyib. Bu MMC-nin kimlərə məxsus olması, bu günə qədər hansı tenderlərdə qalib gəlməsi, ümumiyyətlə MMC-nin fəaliyyət istiqamətləri, profili haqqında da məlumatlar əlçatan deyil, yəni gizli saxlanılır.

Hürriyyət” in apardığı araşdırmalar zamanı məlum olub ki, MMC-nin hüquqi ünvanı kimi göstərilən “Servis” MTK-nın inşa etdiyi 17 mertəbəli yaşayış binası Nəsimi rayonu, Eldar Tağızadə küç., 23 ünvanında yerləşir. Həmin ünvanda isə kimin qeydiyyatda olmasına dair hər hansı bilgi verilmir.

Ortada olan suallar, müəmmalı bir MMC-nin necə olub ki, ölkə üzrə lotoreya satışında böyük imkanlara sahib olması da qaranlıq qalan məqamlardan biridir.

Daxil olan informasiyalara görə, ölkə üzrə lotoreya biletlərinin satışında əsas söz sahiblərindən biri Cahangir Fərəcullayevdir. Məhz lotoreya satışının təşkili, topdansatışın formalaşdırılması işlərinə nəzarət edən şəxs də odur. C.Fərəcullayevin göstərişi ilə ölkədə kimlər hətta pərakəndə qaydada bilet satışı ilə məşğul ola bilərsə, onlara icazə verilir. Burada məhz həmin şəxsin şəxsi iradəsi əsas rol oynayır.

Məlumata əsasən, Cahangir Fərəcullayev “Caspian Ticket”in də sahibidir. Elə son günlər Bakıda sürətlə yayılmaqda olan “Misli” lotoreya mərkəzlərinin də onun olduğu iddia edilir. Bildirilir ki, C.Fərəcullayev özünə ən yaxın olan adamlar vasitəsilə “Misli” məntəqələrinin açılışını həyata keçirir.

Bununla belə, indi bütün ölkə boyu kütləvi yayılan lotoreya satışından əldə edilən gəlirlər, satışa təqdim edilən uduş fondları ilə bağlı ciddi narahatçılıqlar var. Azərbaycanda qüvvədə olan qanunun tələblərinə uyğun olaraq lotoreya keçirən təşkilatçı uduş fondunun 80 faizini uduşa yönəltməlidir. Söhbət burada satılan biletlər üzrə formalaşan uduş fondundan gedir. Lakin satılan biletlər üzrə uduş fondunun nə qədər olması barədə isə heç bir maliyyə hesabatı verilmir. Hansı ki, əksər ölkələrdə satılmış biletlər üzrə keçirilən lotoreya oyunlarının tirajı haqqında istehlakçılara şəffaf bilgilər verilir. Çox maraqlıdır ki, belə bilgilər Azərbaycanda nəinki “Azərlotoreya” tərəfindən verilir, ümumiyyətlə, heç bir dövlət qurumundan bu barədə bilgi almaq mümkün deyil. Bu da ilk növbədə uduş fondları ilə bağlı olaraq ciddi şübhələrin yayılmasına səbəb olur.

Yeri gəlmişkən onu da əlavə edək ki, istənilən vətəndaş uduşların satılan biletlər üzrə ümumi fondun 80 faizi həcmində olduğuna dair informasiyanı biletlərin arxasından oxuya bilər.

Məsələn, pərakəndə satışlar üzrə fəaliyyət göstərən vətəndaşlarla söhbətimizdən gəldiyimiz qənaət ondan ibarət oldu ki, 450 min sakini olan Naxçıvan Muxtar Respublikasında bir ay ərzində 750 min tiraj lotoreya satılır. Bu rəqəm Gəncədə 1.5 milyon ədəd, Bakı şəhərində isə 25 milyon ədəddir. Bu təxmini hesaplamalardan yola çıxsaq, ölkə üzrə hər ay 50 milyon manata qədər dəyərində lotoreya satıldığını iddia etmək olar. Qanunverciliyə əsasən isə, satılan biletlərin 80 faizi uduşlara yönəldilirsə, məntiqlə ölkədə uduş fondları üzrə “Cek-pot”ların həcmi milyonlarla manat dəyərində ola bilər. Lakin Azərbaycanda ən böyük uduş fondu 500 min manatdan yüksək olmur.  Və adətən də bu məbləği udanlar ildə bir, ən yaxşı halda iki dəfə ola bilər.

Mənbə hurriyyet.az

P.S. Araşdırmalarımız davam edir:

- Bakı və ölkə üzrə “Azərlotoreya”nın “poz-qazan” tipli lotoreyalarının satışını həyata keçirən səyyar satış nöqtələri hansı şərt və qaydalarla yerləşdirilir?

- Kimlər üçün uduşlu lotoreya satışına icazə verilir?

- Hansı yaş qrupları və yerləşmə məntəqələri üzrə standartlar müəyyən edilib?

- “Azərlotoreya”nın digər tərəfdaşlarından olan “Best Pro” MMC hansı işləri həyata keçirir?

P.P.S. Mövzu ilə bağlı qarşı tərəfin də mövqeyini dinləməyə hazırıq.

Bənzər yazılar

0.17169404029846