“Bravo”nun əməliyyat direktoruna Azərbaycanda işləməyə İCAZƏ VERİLMƏDİ

 23-11-2022

Dövlət Miqrasiya Xidməti Böyük Britaniya vətəndaşı Fellovs Sean Konardın Azərbaycanda işləməsinə icazə verməyib. 

Yeniavaz.com xəbər verir ki, Sean Fellovs bu ilin yanvar ayından ölkənin aparıcı supermarketlər şəbəkəsindən biri olan “Bravo”da əməliyyat direktoru vəzifəsində çalır.

Məlumat üçün qeyd edək kİ, “Bravo” supermarketlərinin sahibi kimi "Azərbaycan Supermarket" MMC (VÖEN - 1403051411 ) göstərilir. Bu şirkət 2015-ci ilin fevral ayının 27-də dövlət qeydiyyatına alınıb. Bakı şəhəri Nəsimi rayonu, Neftçilər prospekti ev 153 ünvanında qeydiyyatdadır.  

"Azərbaycan Supermarket" MMC-nin təsisçiləri barədə rəsmi məlumat açıqlanmasa da, bu şirkətin qeydiyyatda olduğu Bakı şəhəri Nəsimi rayonu, Neftçilər prospekti ev 153 ünvanında “Paşa Holdinq”ə bağlı olan ("Paşa İnşaat", "Paşa Technology", "Paşa Sığorta" və s.) şirkətlər də dövlət qeydiyyatına alınıb.

Müəllif A. Cəfərov

Mənbə Yeniavaz.com

Bənzər yazılar

0.1415810585022