Azərbaycan hökuməti Pakistandan düyü idxalını gömrük rusumundan AZAD EDİB

 22-11-2022

Azərbaycan hökuməti Pakistandan düyü idxalını 2027-ci il dekabrın 31-dək gömrük rusumundan azad edib.

Milletinsesi.info xəbər verir ki, Baş nazir Əli Əsədov bununla bağlı “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə dəyişiklik edib.

Qərar 30 gündən sonra qüvvəyə minəcək.

Qeyd edək ki, Pakistandan Azərbaycana düyü idxalına 15 % gömrük rüsumu tətbiq olunurdu.

Bənzər yazılar

0.13983106613159