Vladimir Putinlə gizli eşq yaşadığı deyilən gimnast SİRLİ HƏYATINDAN DANIŞDI - FOTOLAR

 12-04-2022

Rusiya prezidenti Vladimir Putinlə gizli eşq yaşandığı deyilən rusiyalı gimnast Alina Kabayeva öz sirli şəxsi həyatı barədə mətbuata yeni açıqlama verib.

MillətinSəsi.info xəbər verir ki, passion.ru-ya açıqlama verən Alina Kabayeva övladı olması barədə yayılan məlumatları inkar edib.

Alina Kabayeva şəxsi həyatı barədə cəmiyyətə hanısa məlumat vermək niyyətində deyil: “Ona görə də bu barədə nəyisə öyrənməyə cəhdlər mənasızdır və kimsəyə şəxsi həyatımla bağlı müdaxiləyə imkan vermirəm. Mən şəxsi həyatım barədə kimsəyə nəsə demirəm. Çünki bu mənim həyatımdır və bunun kimsəyə aidiyyatı yoxdur”.

Gimnast əlavə edib ki, şəxsi həyatından başqa, peşəkar fəaliyyəti və digər işləri ilə bağlı nə istəsələr deyə  bilər: “Şəxsi həyatımla bağlı isə sadəcə onu deyə bilərəm ki, mənim övladım yoxdur. Bax, bu həqiqətdir”.

O, Vladimir Putinlə münasibətlərinə də aydınlıq gətirmək niyyətində olmadığını da dilə gətirib.

putissalina-kabaeva-i-putin-03nintchdbpict0002708169281487361103_putin-i-kabaeva-poslednie-novosti-7

Bənzər yazılar

0.21236109733582