“Yaxın zamanlarda Tərtər rayonunun Talış və Suqovuşan kəndlərinin tikintisinə başlanılması planlaşdırılır”.
Trend-in məlumatına görə, bunu Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə Azərbaycan Prezidentinin xüsusi nümayəndəliyinin müşaviri Şamxal Muxtarov Bakıda keçirilən “Şəhərlərin və kənd yerlərinin inkişafına innovativ yanaşma: “ağıllı şəhər və kəndlər” mövzusunda beynəlxalq konfransda çıxışı zamanı deyib.
Onun sözlərinə görə, hazırda doqquz avtomobil və iki dəmir yolunun tikintisi davam edir.
“Həmçinin, iki su elektrik stansiyasının, yeddi yarımstansiyanın, iki su anbarının tikintisi, eləcə də 280 kilometrlik fiberoptik xəttin çəkilməsi davam edir. Eyni zamanda, Ağdam şəhərinin və bir sıra kəndlərin baş planları artıq hazırlanıb. Bu plan çərçivəsində 3 736 yaşayış evinin, dörd məktəbin, iki mərkəzi tibb müəssisəsinin, dörd muzeyin və parkın tikilməsi gözlənilir. Əlbəttə, bu rəqəmlər yekun deyil. Onu da qeyd edim ki, 2025-ci ilədək Kəngərli, Xıdırlı və Sarcalı kəndlərinin tikintisi nəzərdə tutulur”, - deyə Ş.Muxtarov bildirib.