Nəm salfetlər istehsal edən müəssisəyə güzəştli kredit ayrılıb 

 21-11-2022

V-VVV MMC-yə nəm salfetlərin istehsalı layihəsi üzrə 200 min manat güzəştli kredit ayrılıb.

Bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov “Facebook” səhifəsində paylaşım edib.

Paylaşımda bildirilib:

“Sahibkarlığın İnkişafı Fondu tərəfindən V-VVV MMC-yə nəm salfetlərin istehsalı layihəsi üzrə 200 min manat güzəştli kredit ayrılıb. Sahibkarlara dəstəyin prioritet istiqamətlərindən biri kiçik və orta biznesin iqtisadiyyatın aparıcı amilinə çevrilməsidir”.

 

Bənzər yazılar

0.14077591896057