Deputat federasiyadakı vəzifəsindən İSTEFA VERDİ

 12-04-2022

Milli Məclisin deputatı Jalə Əhmədova “Vinq Çun” döyüş sənəti federasiyasındakı vəzifəsindən istefa verib.

MillətinSəsi.info oxu.az-a istinadla xəbər verir ki, Jalə Əhmədova artıq vəsiqəsini təhvil verib.

Bildirək ki, deputat 2018-ci ildən həmin federasiyanın birinci vitse-prezidenti vəzifəsini tuturdu.

Millət vəkilinin istefasına səbəb onun Azərbaycan Autizm Assosiasiyasına vitse-prezident seçilməyi ilə əlaqədardır.
Jalə Əhmədova məlumatı təsdiq edib.

O deyib ki, “Vinq Çun” federasiyasının inkişafı üçün əlindən gələn dəstəyi göstərib: “Ancaq mən düşündüm ki, bundan sonrakı fəaliyyətimi autizmdən əziyyət çəkən uşaqlara yönəldim”, - deyə o əlavə edib.

Qeyd edək ki, Jalə Əhmədova həm də “Vinq Çun” federasiyasının təsisçisidir.

Bənzər yazılar

0.19912099838257