Kriminal aləmdə Xan Bakinskiy kimi tanınan Xaqan Zeynalov Türkiyədə həbsxanada öldürülüb.
Yenicag.az xəbər verir ki, onun öldürüldüyü iddia edilir. Hadisənin hansı şəraitdə baş verdiyi hələlik məlum deyil.
Etibarlı mənbədən daxil olan məlumata görə, 1995-ci il təvəllüdlü Xaqan Zeynalov Bakının Bayıl qəsəbəsində böyüyüb. Xanın uşaqlığı Aqil Quliyev küçəsində yerləşən məşhur “Generalskiy dvor”da keçib.
Məlumata görə, ailədə iki uşaq olub. Xaqanın özündən başqa böyük bacısı var. Mənbə Xaqanın daha sonradan ailəsi ilə birlikdə Əhmədli qəsəbəsinə köçdüyünü bildirib.
Xatırladaq ki, avqustun 19-dan 20-nə keçən gecə Türkiyənin Antaliya şəhərində hotellərin birində “Lotu Quli” ləqəbli kriminal avtoritet Nadir Səlifov 25 yaşlı “Xan Bakinskiy” (Xaqan Zeynalov) tərəfindən qətlə yetirilib.