Masallıda 7 il əvvəl itkin düşən 16 yaşlı qızın öldürüldüyü məlum olub: Qətlə görə əmisi oğlu saxlanıldı

 11-04-2022

Masallı rayonunda 7 il əvvəl itkin düşən Cəfərova Səidə Fərhad qızının öldürüldüyü məlum olub.

“Report”un Cənub Mərkəzinin verdiyi xəbərə görə, hadisə ilə əlaqədar qadının əmisi oğlu, Təklə kənd sakini, 1993-cü il təvəllüdlü Əfrayıl Əlisa oğlu Cəfərov şübhəli şəxs qismində saxlanılıb.

İstintaqa məlum olan məlumat əsasında Cəfərova Səidə Fərhad qızının basdırıldığı ərazidə axtarış işləri aparılır. Hazırda kəndin arxa tərəfində çay kənarında axtarış işləri səbəbindən əraziyə giriş-çıxış bağlanıb. Faktı Masallı Rayon Polis Şöbəsində təsdiq ediblər. Lakin əlavə məlumat verilməyib.

qetl qiz

Xatırladaq ki, bir neçə il öncə Masallı rayonu Təklə kənd sakini, 2000-ci il təvəllüdlü Səidə Fərhad qızı Cəfərova 2015-ci il iyul ayının 5-də səhər saat 10:00 radələrində yaşadığı evdən həyətə düşərək yoxa çıxıb.

Anası Bibixanım Cəfərovanın sözlərinə görə, əkin sahəsindən evə gələrək qızından çay istəyib. Səidə isə “İndi gətirirəm” deyərək həyətə düşüb. Ana bir müddət gözləsə də, Səidədən xəbər çıxmayıb. Bibixanım Cəfərova qızını nə qədər çağırsa da, səsinə hay verən olmayıb. O, vaxtda Səidədən bir xəbər yoxdur.


Valideynlərinin sözlərinə görə, Səidə həyətə düşərkən ev paltarında olub və özü ilə heç bir əlavə əşya, ya da yeni pal-paltar götürməyib. Həmin günə kimi qız heç mobil telefon da işlətməyib. Ancaq evdən çıxarkən anasının mobil telefonunu özü ilə aparıb. Ailə üzvləri həmin mobil telefona dəfələrlə zəng vursalar da, cavab verən olmayıb. Bir saatdan sonra isə mobil telefon söndürülüb.

Səidənin valideynləri qızlarının sevdiyi şəxsə qoşulub qaçması ehtimalını da mümkünsüz hesab edirlər. Çünki ötən 11 ay ərzində qızdan heç bir xəbərin çıxmaması valideynlərinin bu şübhəsini heç edib. Onlar qızlarının oğurlanaraq aparıldığını düşünürdülər.

Bənzər yazılar

0.24794006347656