İran Fransa avtomobillərinin idxalına qadağa qoydu

 18-11-2022

İran hökuməti anti-İran sanksiyalarına cavab olaraq “Renault”, “Peugeot”, “Citroen” və digər fransız istehsalçılarının avtomobillərinin ölkəyə idxalına qadağa qoyub.

İranın Ticarət, Sənaye və Mədən Nazirliyinin sözçüsü deyib:

“Fransızların ötən illərdəki qeyri-peşəkar davranışlarına görə biz artıq “Renault”, “Peugeot”, “Citroen” və Fransa istehsalı olan digər avtomobillərin qeydiyyatı və idxalına icazə vermirik”.

Onun sözlərinə görə, İran hakimiyyət orqanları fransız avtomobil istehsalçılarına sanksiyalar vasitəsilə milli avtomobil sənayesinə təzyiq göstərməyə imkan verməyəcək.

Mənbə: Fars

Bənzər yazılar

0.14056301116943