Tarantino serial çəkəcək

 18-11-2022

Kinorejissor və ssenarist Kventin Tarantino 2023-cü ildə televiziyaya qayıtmaq və səkkiz seriyalı serial çəkmək niyyətində olduğunu açıqlayıb.

Məlumata görə, o, bir gün əvvəl Nyu-Yorkda baş tutan “Kino haqqında spekulyasiyalar” adlı yeni kitabının təqdimat mərasimində gələcək planlarını bölüşüb.

Rejissor süjetin təfərrüatlarını, çəkilişlərin nə vaxt və harada aparılacağı ilə bağlı məqamları açıqlamayıb.

Qeyd edək ki, Tarantino artıq 2005-ci ildə televiziyada çalışıb. O, “C.S.I.: Crime Scene Investigation” serialının iki epizodunu çəkib.

Mənbə: rosbalt.ru

Bənzər yazılar

0.41561889648438