SEPAH Azərbaycan-Ermənistan sərhədi barədə TƏHDİD VİDEO PAYLAŞIMI EDİB– VİDEOFAKT

 11-04-2022
“İran İslam Respublikası beynəlxalq sərhədlərin dəyişdirilməsi üçün nəzərdə tutulan istənilən plana qəti şəkildə qarşı çıxacaq”.
 
Yeniavaz.com xəbər verir ki, bu barədə SEPAH-ın (İran İslam İnqilabı Keşikçiləri Korpusu) qeyri-rəsmi tvitter hesabında paylaşılan vidoeda bildirilib.
 
Kadrlarda Azərbaycan, Türkiyə, İran və Ermənistanın xəritə üzərində sərhədləri qrafik işarələrlə ayrılıb. Ermənistanı qonşu ölkələrdən ayrılan sərhədləri isə xüsusi işarələrlə daha yaxından diqqətə çatdırılıb.
 
Digər tərəfdən, kadrlarda ölkələrin əraziləri onların bayraqlarının rəngində boyanan zaman, Naxçıvan Muxtar Respublikası nəzərə alınmayıb və Azərbaycan bayrağının rəngləri ilə işarələnməyib.
 
 

Bənzər yazılar

0.21074604988098