Paşinyan: “Məqsədimiz KTMT ilə Azərbaycan arasında müharibəyə səbəb olmaq deyil”

 16-11-2022

Ermənistanın baş naziri Nikol Paşinyan KTMT-nin Kollektiv Təhlükəsizlik Şurasının iclasında konsensus əldə edə biləcəklərinə ümid etdiklərini bildirib.

“Ümid edirik ki, KTMT-nin Kollektiv Təhlükəsizlik Şurasının noyabrın 23-də İrəvanda keçiriləcək iclasında konsensus əldə edə biləcəyik. Məqsədimiz KTMT ilə Azərbaycan arasında müharibəyə səbəb olmaq deyil. Biz KTMT-nin bu vəziyyətdə hansı siyasi mövqe tutduğunu anlamaq istəyirik”, - deyə o parlamentdə çıxışı zamanı qeyd edib.

Mənbə: Sputnik Ermənistan

Bənzər yazılar

0.20364594459534