Prezident Administrasiyasında yüksək vəzifəyə TƏYİNAT

 15-11-2022

“Yüksəliş” müsabiqəsinin qalibi Tural Feyzullayev Azərbaycan Respublikasının Prezidenti Administrasiyasının Qanunvericilik və hüquq siyasəti şöbəsinin Hüquqi təminat və təhlil sektorunun müdiri təyin olunub.

Tural Feyzullayev 2011-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Hüquqşünaslıq ixtisası üzrə bakalavr pilləsini, 2013-cü ildə Fransanın Tuluz Universitetinin Beynəlxalq və Avropa hüququ üzrə magistr pilləsini, 2014-cü ildə isə həmin Universitetin Beynəlxalq biznes hüququ üzrə magistr pilləsini bitirib.

Tural Feyzullayev əmək fəaliyyətinə 2011-ci ildə “Azərsun Holdinq” MMC-də araşdırma mütəxəssisi kimi başlayıb, 2015-ci ildə Azərbaycan Respublikasının Mərkəzi Bankında hüquq məsləhətçisi kimi davam etdirib, 2016-2020-ci illərdə Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasında hüquqşünas, aparıcı və baş hüquqşünas vəzifələrində, 2018-ci ildən 2020-ci ilədək isə Hüquqi təminat idarəsinin rəisi vəzifəsində çalışıb.

Tural Feyzullayev 2020-2021-ci illərdə Azərbaycan Respublikasının Mərkəzi Bankında Hüquq departamentinin direktor müavini – Maliyyə bazarlarının hüquqi təminatı şöbəsinin rəisi vəzifəsində işləmiş, 2021-ci ildən etibarən “AccessBank”da Hüquq və komplayens departamentinin rəhbəri vəzifəsində çalışıb.

Tural Feyzullayev Azərbaycan Respublikasında biznes mühitinin əlverişliliyinin artırılmasına verdiyi töhfəyə və beynəlxalq reytinqlərdə ölkəmizin mövqeyinin daha da yaxşılaşdırılması sahəsində səmərəli fəaliyyətinə görə 2018-ci ildə “Tərəqqi” medalı ilə təltif edilib, 2021-ci ildə birinci “Yüksəliş” müsabiqəsinin qalibi olub.

O, ingilis və türk dillərini sərbəst, fransız dilini isə yaxşı bilir.

Bənzər yazılar

0.23080611228943