Gəncədə avtomobil HASARA, sonra EVƏ ÇIRPILIB

 14-11-2022

Gəncədə yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin Əziz Əliyev prospektində qeydə alınıb. Hərəkətdə olan “Mercedes” markalı minik avtomobilinin sürücüsü idarəetməni itirib. Nəticədə avtomobil yoldan çıxaraq hasara, daha sonra evə çırpılıb. Qəzada sürücü yüngül xəsarət alıb, avtomobil isə yararsız hala düşüb.

Faktla bağlı araşdırma aparılır.

Bənzər yazılar

0.46718001365662