Bakıda məzar daşları oğurlayan qardaşlar həbs edilib. Onlar oğurladıqları məzar daşlarını dayılarının sexinə gələn şəxslərə satırmış.
Musavat.com xəbər verir ki, Hüseyn və Şirməmməd qardaşları qəbiristanlıqlardan qara məmərmərdən olan sinə daşlarını oğurlayıblar.
Sonuncu olaraq Şirməməd Qaradağ rayonu, Sənqəçal qəsəbəsində yerləşən “Sofi Həmid” qəbirstanlığından mərhum Niyaməddin Xələfovun məzarından sinə daşını oğurlayıb.
Şirməmməd deyir ki, pula ehtiyacı olduğu üçün mərmər daşı oğurlaıb 800 manata satacaqmış. O, məzarlığa gedərək mərhum Niyaməddin Xələfovun məzarının sinə daşının üzərində heç bir yazı olmadığını görüb. Qəbiristanlıqda olan fəhlələrə deyib ki, sinə daşının üzərinə mərhumun yaxınlarının ürək sözlərini yazdırmağa aparır. Fəhlələrin hərəsinə də 10 manat pul verib ki, mərmər daşını maşına yerləşdirməyə kömək eləsinlər.
Şirməmməd mərmər daşı götürüb Hövsan qəbiristanlığına gedən zaman orada qardaşını axtaran polis əməkdaşları ilə rastlaşıb. Onlarla mübahisə edib və polisin qanuni əmrinə tabe olmadığı üçün 30 sutkalıq həbs edilib. Həbsdə olduğu müddətdə isə Şirməmmədin oğurluğunun üstü açılıb. Həmin ərəfədə onun qardaşı da məzar daşları oğurladığı üçün həbs edilib.
Məzar daşı mərhumun yaxınlarına qaytarılıb. Şirməmməd isə bu əməlinə görə məhkəmə zalında həbs edilib və 10 ay müddətinə azadlıqdan məhrum edilib.
Mənbə Musavat.com