Noyabrın 10-da Səmərqənddə Türk Dövlətləri Təşkilatının IX Zirvə Görüşündə iştirak edən dövlət başçılarının şərəfinə qeyri-rəsmi şam yeməyi verilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə iştirak edib.
Qeyd edək ki, Özbəkistanın Səmərqənd şəhərində Türk Dövlətləri Təşkilatına (TDT) daxil olan dövlətlərin başçılarının şərəfinə qeyri-rəsmi şam yeməyi təşkil edilib. Bu barədə "Haber Global" məlumat yayıb.