Tovuzda zəncirvari QƏZA BAŞ VERİB

 09-11-2022

Tovuz rayonunda üç avtomobilin toqquşması ilə nəticələnən yol qəzası baş verib. 

“Qafqazinfo” xəbər verir ki, hadisə rayonun mərkəzində “Asan Xidmət” Mərkəzinin yanında qeydə alınıb.

Məlumata görə, qəza zamanı “Opel” , “Niva-Chevrolet” və “Mercedes” markalı avtomobillərin toqquşması zamanı üç nəfər xəsarət alıb. Yaralılar Tovuz rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. 

Faktla bağlı araşdırma aparılır.

Bənzər yazılar

0.17198514938354