Lənkəranda EV YANIB: Ana və övladı xəsarət ALIBLAR

 09-11-2022

Lənkəran rayonunun Digah kəndində ev yanıb, iki nəfər xəsarət alıb.

“Report”un verdiyi xəbərə görə, hadisə 1976-cı il təvəllüdlü Natavan Sənan qızı Hüseynovaya məxsus olan evdə baş verib.

Ev sahibi və övladı - Hüseynova Nigar Emin qızı yanğından xilas olmaq üçün özlərini ikinci mərtəbədən aşağı atarkən xəsarət alıblar.

Yaralılar Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.

Bənzər yazılar

0.1699321269989