Ukraynada daha bir azərbaycanlı HƏLAK OLDU

 09-04-2022

Ukraynanın Mariupol şəhərində gedən döyüşlər zamanı Rafael Ağayev adlı azərbaycanlı həlak olub.

Ağayevin həlak olması xəbərini dostu Leonid Ostalsev verib.

“Rafael Ağayev Ukrayna dəniz piyadalarının tərkibində Mariupolu müdafiə edərkən qəhrəmancasına həlak olub”, - deyə Ostalsev qeyd edib.

Ostalsev mərhumun pizza restoranının sahibi olduğunu da bildirib. 

Qeyd edək ki, bir müddət əvvəl Ukraynada azərbaycanlı snayper Elnur Həsənov Kiyev uğrunda gedən döyüşlərdə vəfat etmişdi.

helak uk

Mənbə: Obozrevatel.com

Bənzər yazılar

0.50627779960632