Sumqayıtda satıcını hədələyib pulları aparan şəxs tutulub - VİDEO

 08-04-2022

Sumqayıtda soyğunçuluq hadisəsi baş verib. Bununla bağlı görüntülər sosial şəbəkələrdə yayılıb.

Belə ki, köşkə yaxınlaşan şəxs satıcını bıçaqla təhdid edərək əlindəki telefonu verməsini istəyib. Bundan əlavə o, köşkdəki pullarını aparıb.

Daxili İşlər Nazirliyi Sumqayıtda bıçaqlı şəxsin satıcını hədələyərək pulları götürməsi ilə bağlı yayılan görüntülərə münasibət bildirib. 

Daxili İşlər Nazirliyi mətbuat xidmətinin əməkdaşı, polis mayoru Anar Qafarov Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, hadisə bir müddət əvvəl olub: “Həmin hadisəni törətməkdə təqsirli bilinən Sumqayıt şəhər sakini Eldar Axundov saxlanılıb. Barəsində Sumqayıt Şəhər Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb. 

Məhkəmə tərəfindən barəsində həbs qətimkan tədbiri seçilib və istintaq təcridxanasına göndərilib. İstintaq hərəkətləri davam etdirilir”.

Həmin görüntüləri təqdim edirik:

Bənzər yazılar

0.50150895118713