Gəncədə 3 nömrəli Təxirəsalınmaz Təcili Tibbi Yardım Xəstəxanasının BAŞ HƏKİMİ DƏYİŞİB

 06-11-2022

Gəncə şəhər 3 nömrəli Təxirəsalınmaz Təcili Tibbi Yardım Xəstəxanasının baş həkimi tutduğu vəzifədən azad olunub.

“Report”un Qərb bürosunun məlumatına görə, Gəncə şəhər Zülfüqar Məmmədov adına 3 nömrəli Təxirəsalınmaz Təcili Tibbi Yardım Xəstəxanasının baş həkimi Qafar İbrahimov öz ərizəsi ilə işdən azad edilib.

Həmin vəzifəyə Abbas Səhhət adına 1 saylı Xəstəxananın keçmiş baş həkimi olmuş Azad Quliyev təyin olunub.

Bənzər yazılar

0.50694298744202