“Azərbaycanda 2023-2026-cı illərdə neft hasilatının tədricən azalacağı gözlənilir”.
Milletinsesi.info-ın məlumatına əsasən, bunu maliyyə naziri Samir Şərifov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında 2023-cü ilin dövlət büdcə layihəsinin müzakirəsi zamanı deyib.
Nazir bildirib ki, 2026-cı ildə ölkədə 30 274 300 min ton neft hasil olunacağı proqnozlaşdırılır.
“Bu da 2023-cü ilin proqnoz göstəricisi (31 222 300 ton) ilə müqayisədə 3 faiz azdır”.
Aqşin Kərimov