Bazarda avtomobil mühərriki üçün nəzərdə tutulan saxta yağların olduğu iddia edilir.
Xezerxeber.az-ın məlumatına görə, avtomobil sahibləri bazarda belə məhsullara tez-tez rast gəldiklərini deyirlər.
Sürücülər hətta istifadə olunmuş yağların sonradan qablaşdırılaraq satışa çıxarıldığını da iddia edirlər.
Sürücülərin sözlərinə görə, yağ qutularının üzərindəki məlumatların xarici dillərdə yazılması da seçim zamanı onları çətinə salır.
Avtomobil ustası Nuru Bağırov da bazarda saxta mühərrik yağlarının olduğunu təsdiqləyir. Usta deyir ki, yağ növlərinin sayı çoxaldıqca saxta məhsullar da artır.
Qeyd edək ki, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti ölkəyə mühərrik yağlarının idxalını həyata keçirən sahibkarlarla görüş keçirib. Görüşdə son zamanlar idxal edilən mühərrik yağlarının təsnifatı və mənşəyinə dair təqdim olunan sənədlərdəki göstəricilərlə qablaşdırmalardakı məlumatlar arasında uyğunsuzluq hallarına rast gəlindiyi bildirilib. İdxal edilən malların üzərindəki etiket və adların, onlardan istifadə qaydaları barədə izahat vərəqələrinin başqa dillərlə yanaşı, Azərbaycan dilində də olmasının vacibliyi vurğulanıb.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: