DTX-dən Mədəniyyət Nazirliyində ƏMƏLİYYAT: Vəzifəli şəxslər SAXLANILIBLAR

 01-11-2022

Dövlət Təhlükəsizliyi Xidməti (DTX) Mədəniyyət Nazirliyində əməliyyat keçirib.

APA xəbər verir ki, əməliyyat zamanı vəzifəli şəxslərin saxlanıldığı bildirilir.

Hazırda əməliyyat-axtarış tədbirləri davam etdirilib.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, əməliyyat nəticəsində mədəniyyət nazirinin birinci müavini Elnur Əliyev də saxlanılıb. 

Məsələ ilə bağlı Mədəniyyət Nazirliyinin Mətbuat Xidməti ilə əlaqə saxlamağa çalışsaq da, zənglərimizə cavab verən olmadı.

Bənzər yazılar

0.21971321105957