Türkiyədə yaşayan azərbaycanlı iş adamı Gülşən Həsənova Afrikada aclıqdan əziyyət çəkən ailələrə və onların uşaqlarına iftar süfrəsi açıb.
MillətinSəsi.info xəbər verir ki, o, bununla bağlı “Instagram” hesabında paylaşım edib.
"Mən azərbaycanlıyam, bizim insanlar belə olur. Bu insanlıq halıdır, əgər imkan varsa, paylaşmaq, insanlara kömək etmək lazımdır" – deyə Həsənova qeyd edib.
Afrikalılar da öz növbəsində bu nəcib addıma görə azərbaycanlı iş adamına təşəkkür ediblər.
Xatırladaq ki, Gülşən Həsənova Türkiyədə tanınmış makiyaj ustasıdır.