Rusiyalı iş adamının milyonlarla dolları müsadirə edildi

 06-04-2022

ABŞ-da Baş prokuror Merrik Qarland rusiyalı iş adamı Konstantin Malofeyevlə əlaqəsi olan milyonlarla dolların müsadiər edildiyini açıqlayıb.

MillətinSəsi.info xarici KİV-ə istinadla xəbər verir ki, Malofeyevin əlaltıları vasitəsilə ABŞ-ın ona qarşı tətbiq etdiyi sanksiyalardan yayınmağa və bütün Avropada medianı gizli şəkildə əldə etmək və onlara nəzarət etmək üçün fəaliyyətini davam etdirməyə çalışdığı bildirilib.

“Biz Malofeyevlə əlaqəli olduğu güman edilən ABŞ maliyyə institutunda milyonlarla dolların ələ keçirildiyini elan edirik. Biz sanksiyalardan yayınmağa çalışan bütün oliqarxlara qarşı tədbirlər görməyə davam edəcəyik, nə qədər mürəkkəb sxemlərdən istifadə etmələrindən asılı olmayaraq, onların aktivləri və fəaliyyətləri bloklayacaq”, - deyə o qeyd edib.

Bənzər yazılar

0.22742104530334