Azərbaycanın ATƏT-in Təhlükəsizlik Əməkdaşlığı Forumunda sədrliyi başa çatdı

 06-04-2022

“Azərbaycanın ATƏT-in Təhlükəsizlik Əməkdaşlığı Forumunda (FSC) sədrliyi başa çatıb”.

“Report” xəbər verir ki, bunu Azərbaycanın ATƏT-dəki daimi nümayəndəsi Rövşən Sadıqbəyli “Twitter” hesabında yazıb.

“Bu gün Müdafiə Nazirliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsinin rəisi, general-mayor Hüseyn Mahmudov ATƏT-in Təhlükəsizlik Əməkdaşlığı Forumunun iclasında iştirak edib. Yığıncaqda Azərbaycanın Forumdakı sədrliyinə yekun vurulub. Azərbaycan Foruma müvəffəqiyyətlə töhfə verdi və onun irəliləyişinə nail oldu”, - o bildirib.

Qeyd edək ki, Azərbaycanın ATƏT-in Təhlükəsizlik Əməkdaşlığı Forumunda sədrliyi cari ilin yanvar ayından başlamışdı. Bundan əvvəl Azərbaycan 2005-ci ildə də Foruma sədrlik edib.

Xatırladaq ki, ATƏT-in Təhlükəsizlik Əməkdaşlığı Forumunda (FSC) sədrlik il ərzində rotasiya qaydası ilə üç dəfə dəyişir. 

Bənzər yazılar

0.20554709434509