Ceyhun Bayramov Blinkenin köməkçisi ilə Ermənistanla normallaşma prosesini MÜZAKİRƏ EDİB

 28-10-2022

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və ABŞ dövlət katibi Antoni Blikenin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Karen Donfrid arasında telefon danışığı olub.

Bununla bağlı C.Bayramov özünün rəsmi “Twitter” hesabında məlumat verib. 

Onun sözlərinə görə, K.Donfrid ilə Azərbaycan və Ermənistan arasında normallaşma prosesi və sülh səylərinin perspektivləri haqqında müzakirə aparıb:

“Mən ölkəmin regionumuzda sülh və sabitliyə nail olmağa sadiqliyini və tam hazır olduğunu bir daha təsdiqlədim”, - XİN başçısı qeyd edib.

 

Bənzər yazılar

0.21628713607788