Ekspertlərdən Çingiz Abdullayevin müxbirə verdiyi cavaba REAKSİYA: “İzah etsin, üzr istəsin” - VİDEO

 27-10-2022

Ekspertlər Çingiz Abdullayevin müxbirə verdiyi cavabı şərh ediblər.

Mövzu ilə bağlı açıqlama verən “Global Media Group”un media direktoru Həmid Həmidov Ç.Abdullayevin müxbirlə kobud danışmasını sərt tənqid edib:

“Çingiz müəllimə kim icazə verib ki, jurnalistə belə sözlər desin. "Utanmırsan, ölmürsən, yerə girmirsən" - bunlar küçə sözləridir. Gözləyirdim ki, bir neçə saatdan sonra “Facebook”da nəsə yazsın, olanları izah etsin, üzr istəsin, amma etmədi. Rəşad Məcidin açıqlaması məni məyus etdi. Rəşad Məcid deyir ki, jurnalistika bərbad vəziyyətdədir, mən bununla razıyam. Ancaq, jurnalistikanı bu vəziyyətə gətirənlərdən biri elə Rəşad Məcid olub. Vaxtında lazım olan yerlərdə susduğuna görə, jurnalistika bu vəziyyətdədir”.

“Bakı-xəbər” qəzetinin baş redaktoru Aydın Quliyev açıqlamasında qeyd edib ki, verilən suallar kiminsə xoşuna gəlməyə bilər, amma bunlar heç bir əsas vermir ki, jurnalistin məlumat toplamaq azadlığını məhdudlaşdırsın.

Ekspertlərin açıqlamaları ilə bağlı ətraflı məlumat süjetdə:

Bənzər yazılar

0.50555491447449