Akademik Milli Dram Teatrında baş tutan Azərbaycan Yazıçılar Birliyinin XIII Qurultayında sədr seçkisinin nəticəsi bu dəfə də dəyişməz olaraq qaldı.
Xalq yazıçısı Anar Rzayev yenidən Azərbaycan Yazıçılar Birliyinin (AYB) sədri seçilib.
AYB-nin XIII qurultayında səsvermə keçirilib. Belə ki, AYB sədrliyinə namizəd şairlər Emil Rasimoğlu və Fuad Cəfərlinin namizədliyi səsə qoyulmayıb. Səsvermə nəticəsində yeganə namizəd Anar daha 5 il müddətinə AYB sədri seçilib.
Digər iki namizəd namizədliklərinin səsə qoyulmamasına etiraz edib və mübahisə düşüb. Anar Rzayev isə həmin şəxslərə növbəti qurultayda uğurlar arzulayıb.
Qeyd edək ki, Anar 1987-ci ildən AYB-nin sədridir.