“Sənət heç vaxt yaddan çıxmaz. Martda yetərincə işlədim. Tədbirlər də çox idi. Biznesimə görə sənəti unutmaram. İkisi bir-birinə bağlıdır. Günümün çoxu butikdə keçir. Orada hazırlaşıb tədbirə gedirəm”.
Bu sözləri Axşam.az-a açıqlamasında müğənni Günay İbrahimli deyib. Geyim butikindən danışan sənətçi ünvanına deyilən “Biznesi sənətini geridə qoyub” sözlərinə cavab verib:
“Elə iş var ki, insan onla məşğul olanda zövq alır. Qazandığın pul önəmli deyil. Səhər oyanırsan, gedirsən işə, işçilərin üstündə dayanırsan. Bunun zövqü başqadır, səhnədə olmağın zövqü başqa. Biz müğənni kimi ilin 12 ayını işləmirik. Ona görə də bu biznesi qurdum ki, toy olmayanda onunla məşğul olum. Hətta atelyedə olanda xanımlara geyimləri seçirəm, onlara yardım edirəm ki, nə yaraşar. Qazancın çox və az olması mənə önəmli deyil. Əsas halal və ruzili olsun.
Toylar olmayan vaxt var idi, ancaq martda toy çox oldu. Mənim də hər iki sahədə işim əla getdi. Yeni açılmasına baxmayaraq atelyedən də gəlirim var. Biznesi qurandan işlərim rahat gedir.
Komandam da peşəkardır. Məndə şourumdur. Hər müştəriyə özəl geyim tikilir. Hər geyimdən bir ədəd tikirik. Hazır geyimləri də ona görə qoymuşuq ki, xanımların bəziləri tənbəldir. 10 gün əvvəldən gəlib paltar tikdirmirlər. Biz də onların işini rahatlaşdırıb, hazır geyimləri təqdim edirik”.
Günay onu da vurğulayıb ki, yaxın günlərdə böyük bir dəfilədə iştirak edəcək:
“Yaz kolleksiyasına hazırlaşıram. Mayda böyük dəfilə olacaq. Bizim butik də iştirak edəcək. Model kimi podiuma çıxmasam da, modelyer kimi çıxacam. Hazırda parçalar xüsusi gətirmişik. Bütün geyimlər fərqli və özəl hazırlanacaq”.