Gədəbəydə QƏZA: 83 yaşlı piyada hadisə yerində ÖLÜB

 26-10-2022

Gədəbəydə piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın məlumatına görə, hadisə Xarxar kəndində qeydə alınıb.

Hərəkətdə olan VAZ markalı minik maşını yolu qarşı tərəfə keçmək istəyən 1939-cu il təvəllüdlü Vaqif Qasımovu vurub.

83 yaşlı piyada hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.

Bənzər yazılar

0.15727996826172