Müdafiə naziri türkiyəli həmkarı ilə GÖRÜŞÜB

 25-10-2022

Türkiyədə işgüzar səfərdə olan Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov oktyabrın 25-də Türkiyə Respublikasının milli müdafiə naziri cənab Hulusi Akar ilə görüşüb.

Bu barədə Müdafiə Nazirliyi nəlumat yayıb.

Bildirilib ki, görüşdə hərbi, hərbi-texniki, hərbi-təhsil və digər sahələrdə əməkdaşlığın daha da inkişaf etdirilməsi, eləcə də regional təhlükəsizlik məsələlərinə dair ətraflı fikir mübadiləsi aparılıb.

Bənzər yazılar

0.27069807052612