“Prezident İlham Əliyevi qonaq etməkdən şadam”.
Bunu Gürcüstanın Baş naziri İrakli Qaribaşvili öz “Twitter“ hesabında yazıb.
Gürcüstanın rəsmisi qeyd edib ki, görüşdə Gürcüstan-Azərbaycanın strateji tərəfdaşlığı müzakirə edilib.
“Gürcüstan və Azərbaycanın uzunmüddətli strateji tərəfdaşlığını, perspektivləri və nəhəng potensialı müzakirə etdik. Regionda dostluq, dinc əməkdaşlıq və firavanlıq bizim ümumi məqsədimizdir”, - deyə İrakli Qaribaşvili bildirib.
Glad to host President Aliyev @presidentaz. Discussed ???????? & ????????'s long-standing strategic partnership, perspectives & huge potential. Friendship, peaceful cooperation & prosperity in the region is our common goal. pic.twitter.com/UZVkACEFuZ
— Irakli Garibashvili (@GharibashviliGe) October 25, 2022