Azərbaycan nümayəndələri Yaponiyada “Ekspo-2025” ilə bağlı beynəlxalq planlaşdırma görüşündə İŞTİRAK EDİBLƏR

 25-10-2022

Azərbaycan nümayəndə heyəti Yaponiyanın Osaka şəhərində “Ekspo-2025” Ümumdünya Sərgisi ilə bağlı hazırlıq işlərinin müzakirəsi məqsədilə keçirilən beynəlxalq planlaşdırma görüşündə iştirak edir.

“Report” xəbər verir ki, toplantıda Azərbaycanı Prezidentin köməkçisi, Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov, Heydər Əliyev Fondunun departament rəhbəri, Milli Məclisin deputatı Soltan Məmmədov, Azərbaycanın Yaponiyadakı sabiq səfiri Gürsel İsmayılzadə təmsil edirlər.

Tədbirin məqsədi dövlətlərə və beynəlxalq təşkilatlara sərgi ilə bağlı məlumatlar təqdim etməkdir. Görüşdə pavilyonların qurulması, sərginin hazırlanması ilə bağlı bütün mərhələlər və detallar haqqında məlumat verilir. Bu məlumatlar sərgiyə hazırlıqların daha da sürətləndirilməsi üçün hər bir ölkənin “Ekspo-2025” haqqında təsəvvürünü dərinləşdirməyə xidmət edir.

Bənzər yazılar

0.14186406135559