Azərbaycan İstanbulda “SAHA EXPO 2022” müdafiə, aerokosmik və kosmik sənaye sərgisində TƏMSİL OLUNUR

 25-10-2022

Azərbaycan Türkiyənin İstanbul şəhərində 876 şirkət və 24 universitetin iştirakı ilə keçirilən “SAHA EXPO 2022” müdafiə, aerokosmik və kosmik sənaye sərgisində qonaq qismində milli stendi ilə təmsil olunur.

“Report”un yerli bürosu xəbər verir ki, tədbirdə Azərbaycanı müdafiə sənayesi naziri Mədət Quliyevin rəhbərliyi altında nümayəndə heyəti təmsil edir.

Sərgi Türkiyənin yerli istehsal potensialındakı artımın və daxili istehsalat gücünün nümayiş etdirildiyi vacib beynəlxalq platforma hesab olunur. Tədbirdə 57 ölkədən 11 müdafiə və müdafiə sənayesi naziri, 37 baş qərargah rəisi olmaqla ümumilikdə 268 rəsmi nümayəndə heyətinin qatılması gözlənilir.

Bu il “SAHA EXPO 2022” sərgisində Türkiyədən təkcə 567 yerli şirkət olmaqla 390 xarici firma istehsal etdikləri məhsulları sərgiləyir. Tədbir, əsasən, milli imkanları inkişaf etdirmək üçün yaradılmış bir platformadır. Milli Texnologiya Hərəkatı şüarı ilə müdafiə və aerokosmik sənayedə fəaliyyət göstərən şirkətlərin bir araya gəldiyi sərgi Türkiyənin yüksək texnologiya və müdafiə sahəsində milliləşdirmə hərəkatına töhfə verən aparıcı qurumlardan biridir. Yüksək texnologiyalı məhsulların nümayiş etdirildiyi beynəlxalq tədbirdə müdafiə, aerokosmik, dənizçilik və kosmik sənaye sahələrində strateji əhəmiyyətli bir çox məhsullar da bu il ilk dəfə təqdim olunur.

Bənzər yazılar

0.14126801490784