Prezident İlham Əliyevin Gürcüstanın Baş naziri ilə təkbətək GÖRÜŞÜ KEÇİRİLİB

 24-10-2022

Oktyabrın 24-də Mçxeta rayonundakı Muxrani sarayında (Château Mukhrani) Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Gürcüstanın Baş naziri İrakli Qaribaşvili ilə təkbətək görüşü keçirilib.

Təkbətək görüşdən sonra İrakli Qaribaşvili və İlham Əliyev saat 14:00-da mətbuata birgə bəyanatlarla çıxış edəcəklər.

AZƏRTAC xəbər verir ki, Gürcüstanın Baş naziri dövlətimizin başçısını qarşılayıb.

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 24-də Gürcüstana işgüzar səfərə gedib.

Azərbaycanın və Gürcüstanın Dövlət bayraqlarının dalğalandığı Tbilisi şəhərinin Şota Rustaveli Beynəlxalq Hava Limanında Prezident İlham Əliyevin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Azərbaycan Prezidentini Gürcüstanın xarici işlər naziri İlya Darçiaşvili və digər rəsmi şəxslər qarşılayıblar.

Sonra rəsmi foto çəkdirilib.

Bənzər yazılar

0.21061110496521