“Ölkəmiz humanizm ideyalarına daim sadiqlik nümayiş etdirir”.
“Report”un xəbərinə görə, bunu ədliyyə naziri Fikrət Məmmədov Azərbaycan üçün 2022-2025-ci illər üzrə yeni Fəaliyyət Planının təqdimetmə mərasimində deyib.
“Ötən dövrdə ölkə Prezidenti İlham Əliyev tərəfindən altı minə yaxın şəxs əfv olunub.
Torpaqlarımızın Vətən müharibəsi nəticəsində işğaldan azad olunmasının ildönümü, 8 Noyabr - Zəfər Günü münasibətilə qəbul edilən amnistiya aktı 17 mindən çox şəxsə tətbiq edilməklə əhatəliliyinə görə ən geniş olub”, - nazir vurğulayıb.