Binəli Yıldırım və Şamil Ayrımın avtomobili Azərbaycanda QƏZAYA DÜŞÜB - FOTO/VİDEO

 21-10-2022

Azərbaycanda Türkiyənin Ədalət və İnkişaf Partiyası (AK Partiya) sədrinin müavini Binəli Yıldırım və partiyadan olan millət vəkili Şamil Ayrımın avtomobili qəzaya uğrayıb.

AK Partiyadan verilən məlumata görə, Prezident Rəcəb Tayyib Ərdoğanı Azərbaycana səfəri zamanı müşayiət edən siyasətçilərin avtomobili Zəngilan Hava Limanına gedən yolda qəzaya uğrayıb.

Səhhətləri yaxşı olan Binəli Yıldırım və Şamil Ayrım yoxlanış məqsədilə helikopterlə Bakıdakı xəstəxanaya aparılıb.

Onlara dəstək olmaq üçün AK Partiya sədr müavini Ömər Çelik və Efkan Alanın da Bakıda qalacağı bildirilib.

Həmçinin, avtomobilin sürücüsünün vəziyyəti də qənaətbəxş olaraq qiymətləndirilib.

Azərbaycanda avtomobil qəzası keçirən Türkiyənin Ədalət və İnkişaf Partiyası (AK Partiya) sədrinin müavini Binəli Yıldırım və həmin partiyadan olan millət vəkili Şamil Ayrımın həyatı üçün təhlükə yoxdur.

Siyasətçilərin müəyyən əzilmə və ağrıları olsa da, onların həyatları təhülkə altında deyil.

Türkiyəli rəsmilərin hazırda həkim nəzarətində olduğu vurğulanıb.

Türkiyənin səhiyyə naziri Fəxrəddin Qoca Azərbaycanda səfərdə olarkən qəzaya düşən Ədalət və İnkişaf Partiyası (AK Partiya) sədrinin müavini Binəli Yıldırım və partiyadan olan millət vəkili Şamil Ayrımın, həmçinin avtomobildə olan mühafizəçinin səhhəti barədə məlumat verib.

O, bu barədə özünün “Twitter” səhifəsində yazıb. “Mən onlarla əlaqə saxladım. Öyrəndim ki, onların üçünün də səhhəti yaxşıdır və qəzadan yüngül xəsarətlərlə qurtulublar”, - nazir qeyd edib.

Azərbaycanda yol-nəqliyyat hadisəsi yaşayan Türkiyənin Ədalət və İnkişaf Partiyası (AK Partiya) sədrinin müavini Binəli Yıldırım hadisə ilə bağlı paylaşım edib.

O, öz vəziyyətilə bağlı “Twitter” səhifəsində məlumat verib.

“Azərbaycana səfərimiz zamanı yol qəzası keçirdik. Allaha şükür ki, vəziyyətimiz yaxşıdır. Ehtiyat tədbiri olaraq xəstəxanada nəzarət altındayıq. Dua edən və xoş arzularını göndərən hər kəsə təşəkkür edirəm”, - siyasətçi qeyd edib.

Azərbaycanda yol-nəqliyyat hadisəsi yaşayan Türkiyənin Ədalət və İnkişaf Partiyası (AK Partiya) sədrinin müavini Binəli Yıldırım hadisə ilə bağlı paylaşım edib.

O, öz vəziyyətilə bağlı “Twitter” səhifəsində məlumat verib.

“Azərbaycana səfərimiz zamanı yol qəzası keçirdik. Allaha şükür ki, vəziyyətimiz yaxşıdır. Ehtiyat tədbiri olaraq xəstəxanada nəzarət altındayıq. Dua edən və xoş arzularını göndərən hər kəsə təşəkkür edirəm”, - siyasətçi qeyd edib.

Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı ölkəmizdə yol-nəqliyyat hadisəsi keçirən Ədalət və İnkişaf Partiyası (AK Partiya) sədrinin müavini Binəli Yıldırım və eyni partiyadan olan millət vəkili Şamil Ayrıma baş çəkmək üçün onların müalicə olunduğu xəstəxanaya gəlib.

Bu barədə diplomat sosial şəbəkə səhifəsində məlumat verib: “Biz xəstəxanadayıq. Cənab Baş nazirimiz Binəli Yıldırımı, İstanbul millət vəkilimiz Şamil Ayrımı, xəstəxanadakı cangüdən dostlarımızı ziyarət etdik. Bütün həkimlər, səhiyyə işçiləri onlarla yaxından maraqlanırlar. Zərərçəkənlərin səhhətinin yaxşı olduğu barədə bizə məlumat verilib”, - deyə səfir “Twitter” səhifəsində yazıb.

Mənbə: Haber Global

Bənzər yazılar

0.22021317481995