Rəcəb Tayyib Ərdoğan Kamal Kılıçdaroğlunu məhkəməyə verdi - "Xəsis" sözünə görə

 04-04-2022

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ana müxalifət hesab edilən Cümhuriyyət Xalq Partiyasının (CHP) lideri Kamal Kılıçdaroğlunu məhkəməyə verib. 

MillətinSəsi.info xəbər verir ki, bu barədə bazar ertəsi Türkiyənin NTV telekanalı məlumat yayıb.

Prezident məhkəmədən mənəvi ziyana görə Kılıçdaroğludan bir milyon lirə (təxminən 68 min dollar) ödənilməsini tələb edib. 
İddianın verilməsinə səbəb CHP başqanının partiyanın parlamentdəki fraksiyasının qarşısında çıxışı zamanı Ərdoğanı tənqid etməsi və ardınca martın 31-də Twitter-də dərci olub. Orada müxalifətçi dövlət başçısını xəsislikdə ittiham edib.

Bu, Ərdoğanın Kılıçdaroğluna qarşı ilk iddiası deyil. Türk siyasətçiləri üçün bu, kifayət qədər adi bir təcrübədir.

Əvvəlki illərdə hazırkı prezidentin vəkilləri vaxtaşırı müxalifətə qarşı Ərdoğana dəyən mənəvi zərərin ödənilməsi tələbi ilə məhkəmə çəkişmələri qaldırıb, əks iddialar da olub. 

İddiaların əksəriyyəti məhkəmə tərəfindən Ərdoğanın xeyrinə təmin edilib, lakin onun tələblərinin təmin edilməməsi və ya müxalifətin xeyrinə qərar verilməsi ilə bağlı presedentlər də qeydə alınıb.

Bənzər yazılar

0.24829316139221